ICESCO-nun Baş direktoru: Şuşa İslam irsinin və mədəniyyətinin rəmzidir

ICESCO-nun Baş direktoru: Şuşa İslam irsinin və mədəniyyətinin rəmzidir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşada bir sıra mədəni tədbirlər təşkil etməyi planlaşdırır.
Qarabağ
13 May , 2024 11:40
ICESCO-nun Baş direktoru: Şuşa İslam irsinin və mədəniyyətinin rəmzidir

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşada bir sıra mədəni tədbirlər təşkil etməyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.

“Mayın 11-də biz Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsini Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qeyd etdik. Bu, təkcə Şuşa şəhərinin və Qarabağın deyil, bütün İslam dünyasının tarixində əbədi olaraq qalacaq xüsusi bir gündür. Çünki Şuşa İslam irsinin, mədəniyyətinin, tarixinin rəmzidir”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi