"Rio-2016"da iştirak etmiş Azərbaycan idmançıları sabah Bakıya qayıdacaq

"Rio-2016"da iştirak etmiş Azərbaycan idmançıları sabah Bakıya qayıdacaq Təyyarə saat 18:20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək
Fərdi
22 Avqust , 2016 12:53
Rio-2016da iştirak etmiş Azərbaycan idmançıları sabah Bakıya qayıdacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları, rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri sabah Bakıya qayıdacaq.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, çarter reysi ilə vətənə qayıdan nümayəndə heyəti saat 18:20-də Heydər Əliyev  Beynəlxalq Hava Limanında olacaq.

Qalib və mükafatçı olimpiyaçıların milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləçək.

Qeyd edək ki, Azərbaycan "Rio-2016"da 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi