Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.
Fərdi
1 May , 2024 18:13
Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yunan-Roma və qadın güləşi yığmalarımızın toplanışı Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşi komandamız aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Milli mayın 7-dək Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.

Qadın güləşçilər məsul yarış ərəfəsində son toplanışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlər mayın 8-də yekunlaşacaq.

Olimpiadada tam heyətlə iştirak etmək hüququ qazanan sərbəst güləş millimizin hazırlıq planı isə fərqlidir. U-23 Avropa çempionatına və Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verilir. Aprelin 28-də başlayan toplanış çərçivəsində həftədə iki dəfə taktiki-texniki məşqlər də keçirilir.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi