Elnur Məmmədov: “Prezident Kuboku 2024” beynəlxalq reqatası ildən-ilə daha da uğurlu alınır

Elnur Məmmədov: “Prezident Kuboku 2024” beynəlxalq reqatası ildən-ilə daha da uğurlu alınır Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bu turnir ildən-ilə daha da uğurlu alınır.
Fərdi
1 May , 2024 16:55
Elnur Məmmədov: “Prezident Kuboku 2024” beynəlxalq reqatası ildən-ilə daha da uğurlu alınır

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bu turnir ildən-ilə daha da uğurlu alınır.

"Report"un Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə danışarkən deyib.

O, yarışın üçüncü dəfə təşkil olunduğunu bildirib: "Qürurverici hal odur ki, bu yarış 2023-cü ilin sentyabrında Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz təmin olunduqdan sonra baş tutur. Hər birimiz bununla qürur hissi keçiririk”.

E.Məmmədov Azərbaycan avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə bağlı təəssüratlarını da bölüşüb: “Son olimpiadada bizim bu növdə lisenziyamız yox idi. Ona görə də bu il avarçəkmədə lisenziya qazanmağımız çox xoş haldır. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının, məşqçilərin uğuru sayılır. Hər birini təbrik edirəm”.

Son xəbərlər

Orphus sistemi