AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman təbliğatını davam etdirir.
Fərdi
1 May , 2024 14:08
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman təbliğatını davam etdirir.

"Report"un Suqovuşana ezam olunan əməkdaşı xəbər verir ki, bu dəfə tədbir tarixi torpağımızda baş tutub.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan akademik avarçəkmə, kanoe və kayak üzrə "Prezident Kuboku 2024" beynəlxalq reqatası çərçivəsində keçirilən maarifləndirmə proqramında idmançılar antidopinq sistemi barədə məlumatlandırılıb, təmiz və ədalətli idman prinsiplərinə sadiqlik nümayiş etdirməyin vacibliyi diqqətə çatdırılıb. Həmçinin idmançılar maarifləndirici sorğularda iştirak ediblər.

Antidopinq sistemi barədə sualları əhatə edən sorğulara doğru cavab verən idmançılara AMADA-dan hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi