Rusiyanın xalq artisti: "Bakını Dubaya bənzətdim"

Rusiyanın xalq artisti: "Bakını Dubaya bənzətdim" "Bakı çox dəyişib, gözəlləşib"
Mədəniyyət siyasəti
1 Oktyabr , 2015 20:09
Rusiyanın xalq artisti: Bakını Dubaya bənzətdim

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Bakı çox dəyişib, gözəlləşib. Heç tanımadım. Bakını Dubaya bənzətdim". Bunu Azərbaycanda keçirilən Rusiya Filmləri Həftəsi çərçivəsində Bakıda səfərdə olan Rusiyanın xalq artisti, tanınmış aktyor Boris Şerbakov jurnalistlərə açıqlamasında bildirib. 

Ancaq rusiyalı tanınmış aktyor Azərbaycanın kino xadimlərindən heç kimi tanımayıb, rejissorlardan da heç kimin adını çəkə bilməyib. 

B.Şerbakov Rusiya kinosunun keçmişi və bu gününü də müqayisə edib, köhnə rus filmlərinin klassika olduğunu deyib: "Düzdür, bu gün də yaxşı filmlərimiz var. Gözəl filmlər çəkirik. Pul olanda ən gözəl ekran əsərləri çəkmək olar".

Son xəbərlər

Orphus sistemi