Yuxarı

Rusiyanın xalq artisti: "Bakını Dubaya bənzətdim"

Bakı çox dəyişib, gözəlləşib

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Bakı çox dəyişib, gözəlləşib. Heç tanımadım. Bakını Dubaya bənzətdim". Bunu Azərbaycanda keçirilən Rusiya Filmləri Həftəsi çərçivəsində Bakıda səfərdə olan Rusiyanın xalq artisti, tanınmış aktyor Boris Şerbakov jurnalistlərə açıqlamasında bildirib. 

Ancaq rusiyalı tanınmış aktyor Azərbaycanın kino xadimlərindən heç kimi tanımayıb, rejissorlardan da heç kimin adını çəkə bilməyib. 

B.Şerbakov Rusiya kinosunun keçmişi və bu gününü də müqayisə edib, köhnə rus filmlərinin klassika olduğunu deyib: "Düzdür, bu gün də yaxşı filmlərimiz var. Gözəl filmlər çəkirik. Pul olanda ən gözəl ekran əsərləri çəkmək olar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi