Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Azərbaycan kitabları Özbəkistanda sərgilənib Özbəkistanın paytaxtı Daşkənddə ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib.
Mədəniyyət siyasəti
26 Aprel , 2024 14:37
Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib.

"Report" xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kitabları Daşkəndin “Turan” kitabxanasında nümayiş olunub.

Tədbir iştirakçıları ilk öncə kitabxananın foyesində Azərbaycana aid kitablardan ibarət sərgi ilə tanış olublar.

Onların istəyinə uyğun olaraq, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap edilən görkəmli şairə, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurshidga yetar boshim” (Günəşə çatar başım) adlı kitab haqqında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən geniş məlumat verilib.

Qeyd edək ki, Daşkəndin tarixi dəyərə malik “Turan” kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycana həsr edilmiş daimi guşə yaradılıb.

Son xəbərlər

Orphus sistemi