​Vergilər Nazirliyində yeni rəis təyinatları olub

​Vergilər Nazirliyində yeni rəis təyinatları olub Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə vergi xidməti müşaviri Orxan Musayev gətirilib
Maliyyə
20 Fevral , 2016 16:19
​Vergilər Nazirliyində yeni rəis təyinatları olub

Bakı. 20 fevral. REPORT.AZ/ Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri aparılıb. "Report"un məlumatına görə, nazirliyin Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə vergi xidməti müşaviri Musayev Orxan Azad oğlu gətirilib. Bu vəzifədə vergilər nazirinin müşaviri Ələkbər Comərd oğlu Məmmədov çalışırdı. 

Həmçinin, Vergilər Nazirliyinin struktur vahidlərində də dəyişiklik edilib və nazirliyin struktur vahidlərinə İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı idarəsi və Vergi auditi və operativ nəzarət idarəsi də daxil edilib.

Bundan əlavə, Vergilər Nazirliyinin strukturunda yeni Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi yaradılıb ki, onun da rəisi baş vergi xidməti müşaviri Vəliyev İlkin Etibar oğlu təyin edilib.

Son xəbərlər

Orphus sistemi