Gömrük orqanları büdcə proqnozunu 89% yerinə yetirib

Gömrük orqanları büdcə proqnozunu 89% yerinə yetirib Bu barədə DGK-nin sədri Aydın Əliyev məlumat verib
Maliyyə
21 Sentyabr , 2016 15:13
Gömrük orqanları büdcə proqnozunu 89% yerinə yetirib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu günə olan məlumata görə, bu il gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 1,6 mlrd. manat daxil olub. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. 

Onun sözlərinə görə, bu, rəhbərlik etdiyi qurumun illik büdcə proqnozundan 200 mln. manat, yəni təqribən 11% azdır. 

A.Əliyev onu da bildirib ki, DGK "Tax-free" rejiminin bütün gömrük-keçid məntəqələrində tətbiqinə hazırdır: "Lazım olsa, biz bunu tətbiq edə bilərik". 

Son xəbərlər

Orphus sistemi