Azərbaycanda banklar vasitəsilə pul köçürmələri nəzarətə götürülür

Azərbaycanda banklar vasitəsilə pul köçürmələri nəzarətə götürülür Fiziki və hüquqi şəxslərin pul köçürmələri ilə bağlı hesabat forması təsdiq edilib
Maliyyə
12 İyul , 2016 12:27
Azərbaycanda banklar vasitəsilə pul köçürmələri nəzarətə götürülür

Bakı. 12 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən bütün kommersiya banklarına müraciət edib. Bu barədə "Report"a bank dairələrindən bildirilib.

Məlumata görə, müraciət MBNP-nın baş icraçı direktoru İbrahim Alışov və Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədovun adından edilib. Müraciətdə bildirilir ki, Palata rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin pul köçürmələri ilə bağlı hesabat formasını təsdiq edib. Hesabat forması aylıq əsasda quruma təqdim olunmalıdır.

Bununla bağlı, bu gün saat 14:30-da MBNP-nın inzibati binasında bankların aidiyyəti strukturunu təmsil edən əməkdaşlarının iştirakı ilə görüş keçiriləcək. 

Qeyd edək ki, hesabat malların ixracı və idxalı, akkreditivlər və qabaqcadan ödənişlər, xidmətlər, gəlirlər və xərclər, cari transfertlər, kapital transfertləri, investisiyalar, hasilatın pay bölgüsü müqavilələri üzrə pul köçürmələrinə dair məlumatların təqdim olunmasını nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi