Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına seçmə mərhələdən ilk vəsiqəni qazanan komandanın adı müəyyənləşib

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına seçmə mərhələdən ilk vəsiqəni qazanan komandanın adı müəyyənləşib Bolqarıstan yığması qrup qalibi kimi bu hüquqa yiyələnib
Komanda
24 Sentyabr , 2016 10:05
Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına seçmə mərhələdən ilk vəsiqəni qazanan komandanın adı müəyyənləşib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda və Gürcüstanda qadın voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, Bolqarıstan yığması seçmə mərhələdə E qrupunun lideri kimi mərhələ adlayıb.

Bu komanda İsveçrəni 3:2 hesabı ilə yendikdən sonra axırıncı tur öncəsi xallarını 14-ə çatdırıb və ən yaxın izləyicisi Rumıniyanı 5 xal qabaqlayıb. Beləliklə, son turda qrupda ilk 2 pillənin sahibləri arasında keçiriləcək görüşün nəticəsi heç nəyi dəyişdirməyəcək.

Qeyd edək ki, Avropa çempionatına 6 seçmə qrupun liderləri ilə yanaşı, 2-ci yeri tutanlar arasında keçiriləcək 3 "pley-off" matçının qalibləri də vəsiqə qazanacaq. Çempionat gələn il Azərbaycanda Bakı və Quba şəhərlərində, Gürcüstanda isə Tbilisidə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi