Nobel prospektində hərəkət nizamsız xarakter alıb

Nobel prospektində hərəkət nizamsız xarakter alıb Ramiz Quliyev küçəsində aparılan təmir işləri nəqliyyat vasitələrinin hərəkətinə maneə törədir
İnfrastruktur
16 Noyabr , 2015 09:23
Nobel prospektində hərəkət nizamsız xarakter alıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin avtomobil yollarında nəqliyyatın hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilir.

Xətai rayonunda, Ramiz Quliyev küçəsində (Nobel prospektinə çıxışda, "Nargilə" kafesinin qarşısında) təmir işləri aparıldığı üçün ərazidə nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Bundan başqa, Bakı-Sumqayıt şosesi və Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısında) sıxlıq müşahidə edilir. 

"Report"un məlumatına görə, dünəndən etibarən Ramiz Quliyev küçəsi ilə Nobel prospektinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti xaotik vəziyyət alıb. Ərazidə təmir işləri aparıldığından avtomobillərin böyük sıxlığı yaranıb, hərəkəti nizamlamaq üçün dövlət yol polis əməkdaşları da əraziyə nəzarət etmirlər.  

Son xəbərlər

Orphus sistemi