İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək

İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş olunacaq və 20 Yanvar faciəsinə həsr olunan filmlər təqdim ediləcək
İncəsənət
14 Yanvar , 2016 11:43
İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan İstiqlal Muzeyində “Vətən şəhidləri ilə ucalır” adlı sərgi keçiriləcək.

"Report" xəbər verir ki, yanvarın 15-də təşkil olunacaq sərgi Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunacaq.

Tədbirdə Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş etdiriləcək. 

Eyni zamanda, şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş olunacaq və 20 Yanvar faciəsinə həsr olunan filmlər göstəriləcək, şəhidlərin şəxsi əşyaları sərgilənəcək.

Son xəbərlər

Orphus sistemi