Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib

Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib Konfransda gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri müzakirə edilib
Hərbi
21 Oktyabr , 2016 12:02
Azərbaycanın müdafiə naziri beynəlxalq konfransda iştirak edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyada keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi