"Unibank"a 50 manat saxta əsginas verən qadınlar tutulub

"Unibank"a 50 manat saxta əsginas verən qadınlar tutulub Hadisə bankın Əcəmi filialında qeydə alınıb
Hadisə
31 İyul , 2015 14:04
Unibanka 50 manat saxta əsginas verən qadınlar tutulub

Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda banklardan birinə saxta əsginas vermək istəyən qadınlar saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginaz vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi