Yuxarı

"Unibank"a 50 manat saxta əsginas verən qadınlar tutulub

Hadisə bankın Əcəmi filialında qeydə alınıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda banklardan birinə saxta əsginas vermək istəyən qadınlar saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginaz vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi