​Tovuzda 30 yaşlı qadının üzərinə qaynar su tökülüb

​Tovuzda 30 yaşlı qadının üzərinə qaynar su tökülüb Gülnarə Rzayevanın vəziyyəti orta ağırdır
Hadisə
15 İyul , 2016 00:20
​Tovuzda 30 yaşlı qadının üzərinə qaynar su tökülüb

Bakı. 15 iyul. REPORT.AZ/ Tovuz rayonunda sakinin üstünə qaynar su tökülüb. "Report"un qərb bürosu xəbər verir ki, hadisə rayonun Abdalı kəndində baş verib. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya döş qəfəsi, boyun və sifətin termiki yanıq xəsarəti alan 30 yaşlı qadın gətirilib.

Dərhal tibbi yardım göstərilən Tovuz rayonun Abdalı kənd sakini olan Gülnarə Rzayevanın vəziyyəti orta ağırdır. Xəstəxanadan bildiriblər ki, G.Rzayeva yaşadığı evdə elektrik caydanını keçirmək istəyən zaman onu cərəyan vurub və bu zaman əlində içərisində qaynar su ilə dolu olan çaydan onun üzərinə aşıb. 

Son xəbərlər

Orphus sistemi