Yuxarı

​Tovuzda 30 yaşlı qadının üzərinə qaynar su tökülüb

Gülnarə Rzayevanın vəziyyəti orta ağırdır

Bakı. 15 iyul. REPORT.AZ/ Tovuz rayonunda sakinin üstünə qaynar su tökülüb. "Report"un qərb bürosu xəbər verir ki, hadisə rayonun Abdalı kəndində baş verib. 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya döş qəfəsi, boyun və sifətin termiki yanıq xəsarəti alan 30 yaşlı qadın gətirilib.

Dərhal tibbi yardım göstərilən Tovuz rayonun Abdalı kənd sakini olan Gülnarə Rzayevanın vəziyyəti orta ağırdır. Xəstəxanadan bildiriblər ki, G.Rzayeva yaşadığı evdə elektrik caydanını keçirmək istəyən zaman onu cərəyan vurub və bu zaman əlində içərisində qaynar su ilə dolu olan çaydan onun üzərinə aşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi