Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 20-yə çatıb - YENİLƏNİB

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 20-yə çatıb - YENİLƏNİB Yaralılardan birinin vəziyyəti ağırdır
Hadisə
26 İyul , 2016 17:02
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 20-yə çatıb - YENİLƏNİB

*** 16:41

Şirvan. 26 iyul. REPORT.AZ/ Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.

Son xəbərlər

Orphus sistemi