Yuxarı

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 20-yə çatıb - YENİLƏNİB

Yaralılardan birinin vəziyyəti ağırdır

*** 16:41

Şirvan. 26 iyul. REPORT.AZ/ Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər gətirilib.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi