​Rusiyada kişi borca görə həyat yoldaşını və üç uşağını öldürüb

​Rusiyada kişi borca görə həyat yoldaşını və üç uşağını öldürüb Onların cəsədi yanmış evdən aşkar edilib
Hadisə
12 Noyabr , 2014 05:15
​Rusiyada kişi borca görə həyat yoldaşını və üç uşağını öldürüb
Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiyanın Primorsk diyarında 35 yaşlı kişi həyat yoldaşını və üç övladını qətlə yetirməkdə ittiham olunur. Onların meyiti şəxsi evdə baş verən yanğından sonra aşkar edilib.

"Report" Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən xəbər verir ki, istintaqın fərziyyəsinə görə, 4 noyabr 2014-cü il tarixində 2, 8 və 13 yaşlarında üç uşaq, onların anası və atasından ibarət ailə Artyom şəhərinin Vorovski küçəsində yerləşən mənzildə olublar.

Məhz bu zaman ailə başçısı onları öldürmək qərarına gəlib. Ata düşündüklərini həyata keçirmək üçün dartıla bilən elastik cismdən istifadə edib və həyat yoldaşı ilə üç uşağını boğub.

Müttəhimin sözlərinə görə, buna onu məişətdə yaranan narazılıq və pul borcları təhrik edib.

Hazırda saxlanılan şəxs nəzarət altına alınıb. İstintaq hərəkətləri aparılır. İndi onu ömürlük həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi