Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
8 May , 2024 21:13
Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Biləsuvar rayonunda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, onlar rayon sakinləri Elxan Cavadov və Bəhruz Cavadovdur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

18:43

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonu ərazisində qeydə alınıb.

Belə ki, motosikletlə "Prado" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi