"Report" Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən xəbər verir ki, istintaqın fərziyyəsinə görə, 4 noyabr 2014-cü il tarixində 2, 8 və 13 yaşlarında üç uşaq, onların anası və atasından ibarət ailə Artyom şəhərinin Vorovski küçəsində yerləşən mənzildə olublar.
Məhz bu zaman ailə başçısı onları öldürmək qərarına gəlib. Ata düşündüklərini həyata keçirmək üçün dartıla bilən elastik cismdən istifadə edib və həyat yoldaşı ilə üç uşağını boğub.
Müttəhimin sözlərinə görə, buna onu məişətdə yaranan narazılıq və pul borcları təhrik edib.
Hazırda saxlanılan şəxs nəzarət altına alınıb. İstintaq hərəkətləri aparılır. İndi onu ömürlük həbs cəzası gözləyir.