Rauf Mirqədirov azadlığa buraxılıb - FOTO
Hadisə
- 17 mart, 2016
- 07:04
Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, jurnalistə 5 il sınaq müddəti olmaqla şərti həbs cəzası verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Son xəbərlər
16:13
Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
Komanda16:10
Nazir müavini: "Süni intellektin inkişafı üçün infrastruktur lazımdır"
İKT16:09
Niderland Ukraynaya 700 milyon avro ayıracaq
Region16:07
Azərbaycan Moldovaya yerkökü və şalğam tədarükünü bərpa edib
Biznes16:05
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Serbiyanın baş müşaviri ilə əməkdaşlığı müzakirə edib
Xarici siyasət16:03
Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Hadisə16:02
Elnur Soltanov: "SOCAR-da kibertəhlükəsizliklə bağlı mərkəzləşdirilmiş təhlükəsizlik əməliyyatları sistemi qurulur"
Energetika16:02
Rəy
Pakistan-Əfqanıstan münaqişəsi - alovlanan yeni müharibə ocağı - ŞƏRH
Analitika16:01
Foto
Video