Qafqaz Müsəlmanları İdarəsi Fransadakı terror hadisəsi ilə bağlı bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi Fransadakı terror hadisəsi ilə bağlı bəyanat yayıb "Terror İslamın istəyi deyil"
Hadisə
8 Yanvar , 2015 14:36
Qafqaz Müsəlmanları İdarəsi Fransadakı terror hadisəsi ilə bağlı bəyanat yayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ “Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan, Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı Uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər”. “Report”un xəbərinə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı bəyanatda bildirilib.

Bəyanat sənədində vurğulanıb ki, hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır: “Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyildir. Dini mərkəz olaraq, hər zaman öz birmənalı mövqeyimizi bütün məqamlarda və xitabət kürsülərindən bildirmişik və bir daha təkrar edirik ki, din, onun dəyərləri, müqəddəs şəxsiyyətləri, rəmzləri, simvollarına ehtiram nümayiş etdirilməlidir. Bəşər ailəsinin bütün üzvləri buna əməl etməli, müxtəlif dini mənsubiyyət daşıyıcıları üçün həssasiyyət kəsb edən məqamlara diqqətlə yanaşmalıdırlar. Heç kimə insanların dini hisslərini təhqir etmək haqqı verilməmişdir. Biz bütün insanları multikultural dünyamızda dinc birgəyaşayış, tolerant həyat tərzi, sülh, sabitlik və istiqrar üçün mühüm, həlledici amillərdən olan bu məqamı nəzərə almağa çağırırıq. Biz dünya dinlərinin liderlərini bu yöndə səylərini birləşdirməyə səsləyirik”.

Son xəbərlər

Orphus sistemi