Nərimanov rayonunda mənzildən meyit tapılıb

Nərimanov rayonunda mənzildən meyit tapılıb Olqa Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
12 Noyabr , 2014 21:01
Nərimanov rayonunda mənzildən meyit tapılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda mənzildən meyit tapılıb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovnanın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-in xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi müəyyən olunub. O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi