Yuxarı

Nərimanov rayonunda mənzildən meyit tapılıb

Olqa Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda mənzildən meyit tapılıb. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovnanın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-in xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi müəyyən olunub. O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi