Masallıdakı məscidlərdən birində yanğın olub

Masallıdakı məscidlərdən birində yanğın olub Yanğın saat 09:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
24 Dekabr , 2014 10:09
Masallıdakı məscidlərdən birində yanğın olub

Bakı. 24 dekabr. REPORT.AZ/ Masallı rayonunun, Bədəlan kəndində ümumi sahəsi 204 kv.m olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Bu barədə “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir. Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi