Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb

Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuşlar – Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb. Daxili İşlər
Hadisə
10 May , 2024 08:49
Qobustanda narkotik vasitələrlə əlaqəli 2 nəfər saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Elşən Əsgərov və Füzuli Tağıyev saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi