Bakı. 24 dekabr. REPORT.AZ/ Masallı rayonunun, Bədəlan kəndində ümumi sahəsi 204 kv.m olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Bu barədə “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir. Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Masallıdakı məscidlərdən birində yanğın olub
Hadisə
191
24 Dekabr , 2014
10:09


Son xəbərlər
