Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub.
Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 29-da metronun “28 May” stansiyasında Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.