Göyçay sakini Bakı Metropolitenində soyulub

Göyçay sakini Bakı Metropolitenində soyulub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
3 Noyabr , 2015 11:14
Göyçay sakini Bakı Metropolitenində soyulub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakı Metropolitenində vətəndaşı soyan şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 29-da metronun “28 May” stansiyasında Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü Kamran Əsgərlinin qol saatını soyğunçuluq yolu ilə talayıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Rüstəmov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi