Goranboyda "Opel" aşıb, 2 nəfər xəsarət alıb

Goranboyda "Opel" aşıb, 2 nəfər xəsarət alıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
9 Sentyabr , 2016 12:27
Goranboyda Opel aşıb, 2 nəfər xəsarət alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə sentyabrın 8-də rayonun Aşağı Ağcakənd qəsəbəsinin ərazisində baş verib.
Rayon sakini Şirin Quliyev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü Ş.Quliyev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi