Bakı. 9 sentyabr. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə sentyabrın 8-də rayonun Aşağı Ağcakənd qəsəbəsinin ərazisində baş verib.
Rayon sakini Şirin Quliyev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü Ş.Quliyev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Goranboyda "Opel" aşıb, 2 nəfər xəsarət alıb
Hadisə
9 Sentyabr , 2016
12:27
https://static.report.az/photo/c3816edc-723e-4966-9edc-2606fd355ba7.jpg
Rus versiyası
В Геранбое перевернулся Opel, пострадали 2 человека