Dövlət qurumlarından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materialların sayı açıqlanıb – SİYAHI

Dövlət qurumlarından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materialların sayı açıqlanıb – SİYAHI Aprelin 1-dən 20-nə kimi idarəyə 275 ərizə və müraciət daxil olub
Hadisə
22 Aprel , 2015 10:51
Dövlət qurumlarından Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan materialların sayı açıqlanıb – SİYAHI

Bakı. 22 aprel. REPORT.AZ/ “Bu ilin ilk üç ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Maliyyə Nazirliyi tərəfindən 3, Səhiyyə Nazirliyindən 2, məhkəmələrdən 20, TQDK-dan 1, prokurorluq orqanlarından və Təhsil Nazirliyindən 3, Ədliyyə Nazirliyindən 2, Hesablama Palatasından 1, özəl qurumlardan isə 15 material daxil olub. Bu materiallarla bağlı cinayət işinin açılması təmin edilib". “Report” xəbər verir ki, bunu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurumun 2015-ci ilin I rübündə gördüyü işlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, ilin I rübündə Baş İdarəyə Milli Təhlükəsizlik Nazirliyindən 6, Fövqəladə Hallar Nazirliyindən 4, Ədliyyə Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən 1, Daxili İşlər Nazirliyindən 2 material daxil olub: “Onlardan bəziləri üzrə cinayət işlərinin başlanması təmin edilib. Bəzi halarda isə digər tədbirlər görülüb, şəxslərin intizam məsuliyyətinə cəlb edilmələri təmin olunub”.

O, həmçinin deyib ki, aprelin 1-dən 20-nə kimi idarəyə 275 ərizə və müraciət daxil olub, 104 nəfər isə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi