Bakı. 21 yanvar. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.
Belə ki, Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovun və İbrahim Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmələri barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə (PB) məlumat verilib. 12-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.