Bakıda Özbəkistan vətəndaşı adam bıçaqlayıb

Bakıda Özbəkistan vətəndaşı adam bıçaqlayıb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
21 Yanvar , 2015 13:14
Bakıda Özbəkistan vətəndaşı adam bıçaqlayıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Belə ki, Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovun və İbrahim Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmələri barədə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə (PB) məlumat verilib. 12-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi