Avtoqəza nəticəsində Sumqayıtda elektrik dirəkləri aşıb - YENİLƏNİB

Avtoqəza nəticəsində Sumqayıtda elektrik dirəkləri aşıb - YENİLƏNİB Güclü külək Sumqayıt şəhərində işıq dirəklərini aşırıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri 16-cı mikrorayon və Corat qəsəbəsi hüdudlarında baş verib. Hadisə nəticəsində zədələnən kabellər əraziyə düşüb.
Hadisə
7 May , 2024 12:36
Avtoqəza nəticəsində Sumqayıtda elektrik dirəkləri aşıb - YENİLƏNİB

Avtomobil qəzası nəticəsində Sumqayıt şəhərində işıq dirəkləri aşıb.

"Report"un yerli bürosuna “Azərişıq” ASC-dən verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Bildirilib ki, ərazidən keçən avtomobil yoldan çıxaraq elektrik dirəklərindən birini aşırdıb və həmin dirəyin kabellərinin dartılması nəticəsində daha bir dirək də aşıb.

Hazırda hadisə yerində “Azərişıq” ASC-nin qəza xidməti çalışır. Qarşıdakı saatlarda dirəklər və elektrik enerjisinin verilişi bərpa ediləcək.

Qeyd edək ki, ilkin olaraq işıq dirəklərinin güclü külək nəticəsində aşdığı bildirilirdi.

11:26

Güclü külək Sumqayıt şəhərində işıq dirəklərini aşırıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhəri 16-cı mikrorayon və Corat qəsəbəsi hüdudlarında baş verib.

Hadisə nəticəsində zədələnən kabellər əraziyə düşüb.

Son xəbərlər

Orphus sistemi