​Kosovo Futbol Federasiyası FİFA-nın üzvü olub

​Kosovo Futbol Federasiyası FİFA-nın üzvü olub Komanda DÇ-2018-in seçmə mərhələsində iştirak hüququ əldə edib
Futbol
13 May , 2016 23:46
​Kosovo Futbol Federasiyası FİFA-nın üzvü olub

Bakı. 13 may. REPORT.AZ/ FİFA Konqresi Kosovo Futbol Federasiyasının (KFF) quruma üzv qəbul olunmasının lehinə səs verib.

"Report" xəbər verir ki, bu barədə qərar FİFA-nın cümə günü Mexikoda keçirilən 66-cı konqresində qəbul olunub.

KFF 205 səsdən 141-ni əldə edib, 23 konqres üzvü buna qarşı çıxıb.

Beləliklə, Kosovo FİFA-nın 210-cu üzvü olub və Rusiyada keçiriləcək Dünya çempionatı-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə edib.

İngilis versiyası Kosovo becomes FIFA member

Son xəbərlər

Orphus sistemi