Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib

Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib “Liverpul”un baş məşqçisi postuna əsas namizədlərdən birinə çevrilmiş Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.
Futbol
26 Aprel , 2024 00:46
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib

“Liverpul”un baş məşqçi postuna əsas namizədlərdən olan Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.

“Report” futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis ESPN-yə deyib.

“Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”, – o bildirib.

Xatırladaq ki, ilin əvvəlində “Liverpul”un indiki baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi