Azərbaycan samboçuları Dünya Kubokunun ilk günündə 4 medal qazanıb

Azərbaycan samboçuları Dünya Kubokunun ilk günündə 4 medal qazanıb Yığma üzvlərindən 2-si gümüş, 2-si bürünc medala sahib olub
Fərdi
28 Mart , 2015 11:42
Azərbaycan samboçuları Dünya Kubokunun ilk günündə 4 medal qazanıb

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada sambo üzrə Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun ilk günündə Azərbaycan milli komandası 4 medal qazanıb. 

"Report"un məlumatına görə, yığma üzvlərindən 2-si gümüş, 2-si bürünc medala sahib olub.

İdman sambosunda kişilərin mübarizəsində Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq) bürünc medala yiyələnib. Döyüş sambosunda isə Kənan Qasımov (90 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Kubokuna martın 29-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi