Yuxarı

Azərbaycan samboçuları Dünya Kubokunun ilk günündə 4 medal qazanıb

Yığma üzvlərindən 2-si gümüş, 2-si bürünc medala sahib olub

Bakı. 28 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada sambo üzrə Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun ilk günündə Azərbaycan milli komandası 4 medal qazanıb. 

"Report"un məlumatına görə, yığma üzvlərindən 2-si gümüş, 2-si bürünc medala sahib olub.

İdman sambosunda kişilərin mübarizəsində Nəsimi Umbayev (52 kq) və Emil Həsənov (68 kq) gümüş, Bəxtiyar Abbasov (90 kq) bürünc medala yiyələnib. Döyüş sambosunda isə Kənan Qasımov (90 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, Dünya Kubokuna martın 29-da yekun vurulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi