​TAP ofşor zonalarda boruların inşası üçün şirkətlərə dəvət göndərib

​TAP ofşor zonalarda boruların inşası üçün şirkətlərə dəvət göndərib TAP rəhbərliyi 2015-ci ilin mayında tender elan etməyi planlaşdırır
Energetika
3 Mart , 2015 14:03
​TAP ofşor zonalarda boruların inşası üçün şirkətlərə dəvət göndərib

Bakı. 3 mart. REPORT.AZ/ Trans Adriatik Boru Xətti Şirkəti (TAP AG) Adriatik dənizinin altından keçəcək 105 km-lik boru xəttinin inşası üçün bu ilin mayında tender elan edəcək. TAP-ın mərkəzi ofisindən "Report"a verilən məlumata görə, boru xəttinin keçəcəyi dərinlik 820 metrə bərabər olacaq. Artıq tenderlə bağlı şirkətlərə dəvət göndərilib.

İlk mərhələdə Albaniya ilə Cənubi İtaliya arasında 36 düyümlük boru xəttinin mühəndislik, tikinti, təchizat və quraşdırma (EPCI) işləri reallaşdırılacaq. Həmçinin, hər iki ölkə sərhəddindəki infrastruktur işlərini, bununla yanaşı dəniz dibinin işlənməsi və əlaqədar digər işləri həyata keçiriləcək.

İkinci mərhələdə isə dəniz dibində boruların örtüklə təchiz edilməsi ilə bağlıdır ki, bu da 3 mərhələdə reallaşdırılacaq.

Layihə ilə bağlı xüsusi detalları Avropa İttifaqının Tenderlərin Elektron Gündəliyi (TED-Tenders Electron Daily) jurnalında tapmaq olar.

TAP-ın satınalmalar üzrə direktoru Knut Ştaynar Kvindesland bununla bağlı fikirlərini bildirib: "Şirkətləri bu layihəyə dəvət etməkdən məmnunam. TAP əməyin mühafizəsi, ətraf mühitin qorunması və sıfır zərər prinsipi ilə işləmə siyasətinə sadiq qalacaq".

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və "Statoil"un hər birinin 20%, "Fluxys"in 19%, "Enagas"ın 16% və "Axpo"nun 5% iştirak payı var.

Son xəbərlər

Orphus sistemi