SOCAR "Günəşli" yatağında yeni platformanın tikintisini planlaşdırır

SOCAR "Günəşli" yatağında yeni platformanın tikintisini planlaşdırır Tezliklə yeni özülün layihələndirilməsinə başlanılacaq
Energetika
14 Mart , 2016 16:40
SOCAR Günəşli yatağında yeni platformanın tikintisini planlaşdırır

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dayazsulu "Günəşli" yatağında yeni dəniz özülü tikməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimindən sonra jurnalistlərə bildirib.

R.Abdullayev qeyd edib ki, tezliklə yeni özülün layihələndirilməsinə başlanılacaq.

Yeni istifadəyə verilən 7 saylı dərin dəniz özülünün təhlükəsizlik məsələlərindən də danışan SOCAR prezidenti bildirib ki, təhlükəsizlik məsələləri ən yüksək standartda təmin olunub.

"Həm yanğınsöndürmə avadanlıqları, həm də təxliyə qayıqları beynəlxalq standartlara uyğun, ən yüksək səviyyədədir. Əvvəlkilərə nisbətən yanğınsöndürmə sistemləri daha müasir, yüksək təzyiqli nasoslarla təchiz olunub. Amma digər platformalardakı kimi, eyni qaydada təhlükəsizlik qaydalarına riayət olunur. Digərlərində də bizim təhlükəsizlik sistemlərimiz yüksək səviyyədədir", - deyə SOCAR rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi