Yuxarı

SOCAR "Günəşli" yatağında yeni platformanın tikintisini planlaşdırır

Tezliklə yeni özülün layihələndirilməsinə başlanılacaq

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dayazsulu "Günəşli" yatağında yeni dəniz özülü tikməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimindən sonra jurnalistlərə bildirib.

R.Abdullayev qeyd edib ki, tezliklə yeni özülün layihələndirilməsinə başlanılacaq.

Yeni istifadəyə verilən 7 saylı dərin dəniz özülünün təhlükəsizlik məsələlərindən də danışan SOCAR prezidenti bildirib ki, təhlükəsizlik məsələləri ən yüksək standartda təmin olunub.

"Həm yanğınsöndürmə avadanlıqları, həm də təxliyə qayıqları beynəlxalq standartlara uyğun, ən yüksək səviyyədədir. Əvvəlkilərə nisbətən yanğınsöndürmə sistemləri daha müasir, yüksək təzyiqli nasoslarla təchiz olunub. Amma digər platformalardakı kimi, eyni qaydada təhlükəsizlik qaydalarına riayət olunur. Digərlərində də bizim təhlükəsizlik sistemlərimiz yüksək səviyyədədir", - deyə SOCAR rəhbəri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi