"Lukoyl" aşağı qiymətlərlə əlaqədar neft hasilatını azaltmağı planlaşdırır

"Lukoyl" aşağı qiymətlərlə əlaqədar neft hasilatını azaltmağı planlaşdırır Şirkətin vitse-prezidenti: "Bir barel nefti 50 dollara satmaq iki bareldən 60 dollar qazanmaqdan daha yaxşıdır"
Energetika
25 Yanvar , 2016 12:55
Lukoyl aşağı qiymətlərlə əlaqədar neft hasilatını azaltmağı planlaşdırır

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın "Lukoyl" şirkəti bu il neft hasilatını azaltmaq və ötən il qeydə alınan 100 milyon tonluq rekord istehsalı təkrarlamamaq niyyətindədir. Nefti yüksək qiymətlərlə satmaq sərfəlidir".

"Report"un məlumatına görə, bu sözləri TASS-a müsahibəsində "Lukoyl"un vitse-prezidenti Leonid Fedun deyib.

"Yüksək qeyri-müəyyənlik şəraitində rekord dalınca qaçmaq və onsuz da dolu bazarda təklifi artırmaq ən azı, rasional deyil. Nə yolla olur-olsun, bazarı ucuz neftlə doldurmaq düşüncəsi yanlışdır. Bir barel nefti 50 dollara satmaq iki bareldən 60 dollar qazanmaqdan daha yaxşıdır. Bu gün ölkə və şirkətlərin büdcəsini sarsıtmayacaq, eyni zamanda bazara əlavə təzyiq göstərməyəcək qədər neft istehsal etməliyik", - deyə L.Fedun bildirib.

Son xəbərlər

Orphus sistemi