Yuxarı

"Lukoyl" aşağı qiymətlərlə əlaqədar neft hasilatını azaltmağı planlaşdırır

Şirkətin vitse-prezidenti: Bir barel nefti 50 dollara satmaq iki bareldən 60 dollar qazanmaqdan daha yaxşıdır

Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın "Lukoyl" şirkəti bu il neft hasilatını azaltmaq və ötən il qeydə alınan 100 milyon tonluq rekord istehsalı təkrarlamamaq niyyətindədir. Nefti yüksək qiymətlərlə satmaq sərfəlidir".

"Report"un məlumatına görə, bu sözləri TASS-a müsahibəsində "Lukoyl"un vitse-prezidenti Leonid Fedun deyib.

"Yüksək qeyri-müəyyənlik şəraitində rekord dalınca qaçmaq və onsuz da dolu bazarda təklifi artırmaq ən azı, rasional deyil. Nə yolla olur-olsun, bazarı ucuz neftlə doldurmaq düşüncəsi yanlışdır. Bir barel nefti 50 dollara satmaq iki bareldən 60 dollar qazanmaqdan daha yaxşıdır. Bu gün ölkə və şirkətlərin büdcəsini sarsıtmayacaq, eyni zamanda bazara əlavə təzyiq göstərməyəcək qədər neft istehsal etməliyik", - deyə L.Fedun bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi