​Kənan Yavuz: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək"

​Kənan Yavuz: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək" "SOCAR-Turkey"in prezidentinin sözlərinə görə, investorlara dəstək məqsədilə "Petkim"dəki hissələrin bir qismi satılacaq
Energetika
9 İyun , 2015 16:47
​Kənan Yavuz: Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək

Bakı. 9 iyun. REPORT.AZ/ "Türkiyədə icra etdiyimiz layihələrin reallaşdırılması əsasən 2018-2019-cu illərə təsadüf edəcək və bu çərçivədə yaratdığımız güclü şirkətlərin səhmlərini fond birjasında emissiya edəcəyik". "Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində "SOCAR-Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

K.Yavuzun sözlərinə görə, Türkiyənin "Petkim Holding"ində investorlara dəstək olmaq məqsədilə aldıqları hissələrin bir qisminin satılması planlaşdırılır: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək. İlk günlərdəki neqativ mənzərənin qısa zamanda dağılacağına və Türkiyənin erkən seçkilərə ehtiyac olmadan həll yolu tapacağına inanırıq".

"Sakit olmaq, panikaya düşməmək lazımdır. Dünənki və bugünkü iqtisadi balans eynidir. Gözləntimiz odur ki, Türkiyə siyasi sabitliyi davam etdirmək üçün koalisiya daxil alternativ idarəetmə yaradacaq. Ancaq bu müddəti sürətlə sonlandırmaq lazımdır. Partiyaların bir-birinə qarşı açıqlamaları iqtisadi bazarlarda tərəddüdləri artırmağa şərait yaratmamalıdır. İqtisadiyyatdakı sabitliyi itirməməyimiz lazımdır. Burada qazandıqlarımızı iflasa uğradacaq, seçki qabağı paradiqmaları davam etdirmək yerinə, daha sağlam düşüncəli yanaşmaya ehtiyac var", - K.Yavuz bildirib.

Son xəbərlər

Orphus sistemi