Yuxarı

​Kənan Yavuz: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək"

SOCAR-Turkeyin prezidentinin sözlərinə görə, investorlara dəstək məqsədilə Petkimdəki hissələrin bir qismi satılacaq

Bakı. 9 iyun. REPORT.AZ/ "Türkiyədə icra etdiyimiz layihələrin reallaşdırılması əsasən 2018-2019-cu illərə təsadüf edəcək və bu çərçivədə yaratdığımız güclü şirkətlərin səhmlərini fond birjasında emissiya edəcəyik". "Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində "SOCAR-Turkey" şirkətinin prezidenti Kənan Yavuz deyib.

K.Yavuzun sözlərinə görə, Türkiyənin "Petkim Holding"ində investorlara dəstək olmaq məqsədilə aldıqları hissələrin bir qisminin satılması planlaşdırılır: "Türkiyədəki yatırımlarımız sürətlənərək davam edəcək. İlk günlərdəki neqativ mənzərənin qısa zamanda dağılacağına və Türkiyənin erkən seçkilərə ehtiyac olmadan həll yolu tapacağına inanırıq".

"Sakit olmaq, panikaya düşməmək lazımdır. Dünənki və bugünkü iqtisadi balans eynidir. Gözləntimiz odur ki, Türkiyə siyasi sabitliyi davam etdirmək üçün koalisiya daxil alternativ idarəetmə yaradacaq. Ancaq bu müddəti sürətlə sonlandırmaq lazımdır. Partiyaların bir-birinə qarşı açıqlamaları iqtisadi bazarlarda tərəddüdləri artırmağa şərait yaratmamalıdır. İqtisadiyyatdakı sabitliyi itirməməyimiz lazımdır. Burada qazandıqlarımızı iflasa uğradacaq, seçki qabağı paradiqmaları davam etdirmək yerinə, daha sağlam düşüncəli yanaşmaya ehtiyac var", - K.Yavuz bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi